“Zəkaların mübarizəsi” Olimpiadası Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Olimpiada iki mərhələdən - regional və respublika mərhələsindən ibarətdir. Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 4 komanda arasında seçim aparılaraq, final mərhələsində regionumuzu təmsil edəcək komanda müəyyən olunacaq.
Olimpiadanın məqsədi şagirdlərdə öyrənməyə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və regionlararası dostluq əlaqələrinin inkişaf etdirilməsidir.
Elm yarışı üzrə Saatlı rayon komandasının üzvləri:
1.Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi - İbrahimli Qardaşəli Abduləli oğlu
2.Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi - Rəsulzadə Ayan Nicat qızı
3.Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi - Səfərov Kənan Eldəniz oğlu
4.Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi - İmanlı Fariz Rəşad oğlu
5.Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi - Cəfərova Ləman Samir qızı
6.Valeri Əsgərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi - Qasımov Ravin Rafiq oğlu