“Zəkaların mübarizəsi” Olimpiadası Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Olimpiada iki mərhələdən - regional və respublika mərhələsindən ibarətdir. Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 4 komanda arasında seçim aparılaraq, final mərhələsində regionumuzu təmsil edəcək komanda müəyyən olunacaq.
Olimpiadanın məqsədi şagirdlərdə öyrənməyə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və regionlararası dostluq əlaqələrinin inkişaf etdirilməsidir.
Elm yarışı üzrə Sabirabad rayon komandasının üzvləri:
1.Yalçın Ağayev adına Zəngənə kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi - Babayev Qurban Elçinoviç
2.Eynulla Nadirov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi - Tağıyeva Turə Ağaqulu qızı
3.Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi -Əlizadə Zaur Vüqar oğlu
4.Babək Rəhimov adına Qəzli kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi - Nuri Etibar Faiq oğlu
5.Əhmədağa Səmədov adına Narlıq kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi - Əzizova Zeynəb Cəlal qızı
6.Mübariz Şahmurov adına Nərimankənd kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi - Əbilli Elçin Muğbil oğlu