Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədlinin, idarənin əməkdaşlarının və İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyevin iştirakı ilə rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri, eləcə də VI siniflərdə tədris dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Görüş zamanı təhsilin keyfiyyətinin artırılması, tədris prosesinin daha da təkmilləşdirilməsi, müəllim fəaliyyətinin stimullaşdırılması və şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi əsas müzakirə mövzuları olub. Qeyd olunub ki, müasir dövrün tələblərinə uyğun olaraq tədrisin effektivliyinin yüksəldilməsi prioritet istiqamətlərdən biridir.
Eyni zamanda qarşıdakı monitorinqlərə hazırlıq məsələləri geniş şəkildə müzakirə olunub. IV və VI siniflər üzrə keçiriləcək qiymətləndirmələrə qədər intensiv hazırlıq işlərinin aparılmasının vacibliyi xüsusi vurğulanıb.
Bununla yanaşı, şagirdlərin fənn olimpiadalarında və digər intellektual müsabiqələrdə iştirak səviyyəsinin artırılması, əldə olunan nəticələrin yaxşılaşdırılması istiqamətində görülən işlər və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim edilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.