İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan “Təhlükəsiz məktəb və sağlam cəmiyyət: bullinq, zərərli vərdişlər və hüquqi maarifləndirmə” mövzusunda valideyn konfransı geniş müzakirələr, açıq dialoq və fəal iştirakla yadda qalıb.
Tədbirin əsas məqsədi məktəb mühiti ilə ailə arasında qarşılıqlı etimadı gücləndirmək, şagirdlərin təhlükəsiz və sağlam inkişafını təmin etmək üçün birgə məsuliyyətin vacibliyini ön plana çıxarmaq olub. Konfrans çərçivəsində bullinq hallarının qarşısının alınması, uşaqlar arasında zərərli vərdişlərə meyillərin erkən mərhələdə müəyyənləşdirilməsi və hüquqi maarifləndirmənin artırılması kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev iştirak edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edənlər məktəb və valideyn əməkdaşlığının şagirdlərin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynadığını vurğulayıblar. Qeyd edib ki, təhlükəsiz məktəb mühitinin yaradılması yalnız təhsil müəssisəsinin deyil, eyni zamanda ailənin və cəmiyyətin birgə səyləri nəticəsində mümkündür. Bullinqin psixoloji və sosial fəsadlarından söbət açılıb, belə halların vaxtında aşkarlanmasının və qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb. Bildirib ki, müəllimlərin, valideynlərin və məktəblərin rəhbərliyi arasında düzgün kommunikasiyanın bu sahədə ən effektiv vasitələrdən biri olduğu bildirilib. Valideynlərin uşaqların davranışındakı dəyişikliklərin diqqətlə izlənilməsinin vacibliyini qeyd edilib. Ailə mühitində sağlam ünsiyyətin qurulmasının məktəbdəki davranışlara birbaşa təsir etdiyini bildirilib.
Konfransda alideynlər öz suallarını səsləndirib, qarşılaşdıqları çətinlikləri bölüşərək mütəxəssislərdən tövsiyələr alıblar. Səmimi və açıq mühitdə keçən görüş məktəb–valideyn əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verib.