Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov Beyləqan rayonunun bir neçə ümumtəhsil müəssisəsinə səfər edib.
Səfər çərçivəsində Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli, Hüsaməddin İsmayılov adına Şəfəq qəsəbə və Abdulla Həmzəyev adına Türklər qəsəbə tam orta ümumtəhsil məktəblərində tədris prosesi yerində müşahidə olunub.
Məktəblərə baxış zamanı siniflərdə dərs mühiti, müəllim-şagird münasibətləri və dərslərin təşkili diqqət mərkəzində olub. Eyni zamanda şagirdlərin dərsə davamiyyəti, məktəbdaxili nizam-intizam və ümumi təhsil mühiti ətraflı şəkildə qiymətləndirilib.
Səfərin əsas məqsədi mövcud vəziyyəti yaxından öyrənmək, tədrisin keyfiyyətinə təsir edən amilləri müəyyənləşdirmək və məktəblərdə təhsilin daha səmərəli təşkili üçün zəruri addımları planlaşdırmaq olub.
Rabil Şahbazov səfər zamanı məktəb rəhbərləri və pedaqoji kollektivlə də görüşərək tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, mövcud çətinliklər və onların həlli yolları müzakirə edilib.