24.04.2026

Məktəblərdə “Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbirlər davam edir

Tədbirlərdə xüsusi vurğulanır ki, qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə ölkədə müxtəlif dövlət proqramları həyata keçirilir, qadınların liderlik bacarıqlarının inkişaf etdirilməsi, qərarqəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsi və iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

 

Maarifləndirici görüşlər zamanı çıxış edən müəllimlər qeyd edirlər ki, gender bərabərliyi yalnız hüquqi çərçivədə deyil, eyni zamanda ictimai şüurda da möhkəmlənməlidir. Bu baxımdan məktəblərdə aparılan belə təşəbbüslər gələcəkdə daha inklüziv və ədalətli cəmiyyətin qurulmasına zəmin yaradır.

 

Şagirdlər də tədbirlərə böyük maraq göstərir, müzakirələrdə fəal iştirak edir və öz fikirlərini bölüşürlər.


Açar sözlər: ,  ,