24.04.2026

Şagirdlərimiz “Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsində 3-cü yerin qalibi olublar

Beyləqan rayon Rauf Həsənov adına Birinci Aşıqlı kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdləri Nəzami Aslanlı və Cəmilə Məmmədli Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsində uğurla iştirak ediblər.

 

Nəzami Aslanlı və Cəmilə Məmmədli məktəbin fizika müəllimi Emilya İsmayılovanın rəhbərliyi ilə müsabiqənin “Sükutun dili: Bölgəmin gölü” nominasiysında iştirak edərək 3-cü yerin qalibi olublar.

 

Müsabiqə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması, milli irsin qorunması, təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə uyğun olaraq reallaşdırılıb.


Açar sözlər: ,  ,