30.04.2026

Fiziki tərbiyə dərslərinin təşkili vəziyyətinin öyrənilməsi məqsədilə silsilə monitorinqlər həyata keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərslərinin təşkili vəziyyətinin öyrənilməsi məqsədilə silsilə monitorinqlər həyata keçirilir.

 

Aparılan müşahidələr tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin sağlam həyat tərzinə marağının artırılması və onların fiziki inkişafının düzgün istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Monitorinqlər zamanı dərslərin illik və gündəlik tədris planlarına uyğun qurulması, təhlükəsizlik qaydalarına riayət olunması, idman avadanlıqlarının mövcud vəziyyəti və istifadəyə yararlılığı, eləcə də şagirdlərin dərs prosesinə fəal cəlb olunma səviyyəsi diqqətlə araşdırılır. Bununla yanaşı, dərslərin metodiki baxımdan düzgün təşkili, müəllimlərin pedaqoji yanaşmaları və məşğələlərin şagirdlərin yaş və fiziki hazırlıq səviyyəsinə uyğunluğu da qiymətləndirilir.

 

Aparılan müşahidələr göstərir ki, fiziki tərbiyə müəllimləri dərsləri əsasən proqram tələblərinə uyğun şəkildə planlaşdırır, məşqləri şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq seçir və fəaliyyətlərini təhlükəsizlik qaydalarına uyğun təşkil edirlər. Bu yanaşma dərslərin daha səmərəli keçməsinə, şagirdlərin marağının artmasına və onların fiziki hazırlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

 

Monitorinq nəticələrinə əsasən təhsil müəssisələrinə müvafiq tövsiyələr və tapşırıqlar verilib. Bu tapşırıqlar fiziki tərbiyə dərslərinin keyfiyyətinin daha da artırılmasını, maraqlı metodların tətbiqini, şagirdlərin idman fəaliyyətlərinə daha geniş şəkildə cəlb olunmasını və sağlam həyat tərzinin təbliğinin gücləndirilməsini əhatə edir.


Açar sözlər: ,  ,