Ümumi təhsil müəssisələrində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların fiziki və intellektual inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən “Ayın idman növü” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində bu ay şagirdlər arasında şahmat yarışları təşkil olunub.
Yarışların keçirilməsində məqsəd şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi, strateji düşünmə bacarıqlarının formalaşdırılması, eyni zamanda onların idmana olan marağının artırılmasıdır. Şahmatın intellektual idman növü kimi şagirdlərin diqqət, səbr və qərarvermə qabiliyyətlərinin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanır.
Təhsil müəssisələrində təşkil olunan yarışlar yüksək fəallıqla qarşılanıb. Şagirdlər arasında keçirilən görüşlər dostluq və sağlam rəqabət şəraitində baş tutub, iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Yarışlar zamanı şagirdlərin qaydalara riayət etməsi, etik davranış nümayiş etdirməsi və bir-birinə hörmətlə yanaşması diqqət mərkəzində saxlanılıb.
“Ayın idman növü” layihəsinin gələcək aylarda da müxtəlif idman növləri ilə davam etdirilməsi nəzərdə tutulur.