01.05.2026

PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatı davam edir

PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatı Mil-Muğan Regional Təhsil İdarəsi üzrə uğurla həyata keçirilir.

 

Qiymətləndirmədə İmişli şəhəri Namiq Şirinov adına 5 nömrəli məktəb-liseyin, Habil Hüseynov adına Qızılkənd kənd tam orta, Saatlı rayonunun Məşədi Əzizbəyov adına 2 nömrəli, Adil Çaxoyev adına Fətəlikənd kənd və Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəblərin şagirdləri iştirak ediblər.

 

İmtahan prosesi başa çatdıqdan sonra valideynlər də sorğu mərhələsində fəal iştirak edərək qiymətləndirmə prosesinin yekunlaşmasına töhfə veriblər.

 

Qeyd edək ki, qiymətləndirmə bütün qaydalara uyğun şəkildə təşkil olunub, proses zamanı heç bir texniki və ya təşkilati problem qeydə alınmayıb.


Açar sözlər: ,  ,