01.05.2026

Birinci sinfə qəbulla bağlı 18 alternativ qeydiyyat mərkəzi yaradılıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 4 rayonda 18 alternativ qeydiyyat mərkəzi yaradılıb.

 

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcəkdir.

 

Eyni zamanda valideynlər İmişli və Sabirabad “ASAN xidmət” mərkəzində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.

 

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

 

Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Mil-Muğan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-6" nömrəli telefonuna zəng etmək mümkündür.

 

Qeyd edək ki, mayın 1-dən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.


Açar sözlər: ,  ,  ,