01.05.2026

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə maarifləndirici tədbir təşkil olunub

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə maarifləndirici və maraqlı bir tədbir təşkil olunub.

 

Mil-Muğan Regional Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışı rayonun təhsil işçilərini bir araya gətirib.

 

Tədbir Ümummilli Liderin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Açılış nitqləri ilə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və təhsil sektorunun müdiri Günay Sultanova iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıblar. Onlar vurğulayıblar ki, belə intellektual yarışlar gənclərin dünyagörüşünün genişlənməsində, eyni zamanda Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi və təbliğində mühüm rol oynayır.

 

Yarış boyu komandalar Ümummilli Liderin həyat və fəaliyyəti, ölkəmizin inkişaf yolu, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər, 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız, eləcə də Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı sualları cavablandıraraq biliklərini sınayıblar.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ümumilikdə 14 komanda iştirak edib.

 

Nəticələrə əsasən:

I yerə Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası,

II yerə Əhmədbəyli kənd tam orta məktəbinin “Mübarizlər” komandası,

III yerə isə Cəfər Cabbarlı adına 3 nömrəli tam orta məktəbin “Turan” komandası layiq görülüb.

 

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,