02.05.2026

Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalan şagirdlər üçün Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Respublika Fənn Müsabiqələrinin yarımfinal turu keçirilib. V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi yarımfinal turda region üzrə 221 nəfər şagird iştirak edib.

 

Qeyd edək ki, Respublika Fənn Müsabiqələrinin yarımfinal turu V sinif üzrə Lütfi Zadə adına məntiq olimpiadası, VI sinif üzrə riyaziyyat, informatika, təbiət, VII sinif üzrə isə riyaziyyat, fizika, kimya və biologiya fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.

 

Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!