05.05.2026

İcma əsaslı məktəbəqədər təhsil qrupunun üzvləri üçün maraqlı və öyrədici bir gün təşkil olunub

Sabirabad şəhərində yerləşən Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunun 3-4 yaşlı balaca üzvləri üçün maraqlı və öyrədici bir gün təşkil olunub.

 

Məktəbdə fəaliyyət göstərən peşə təmayüllü sinifə edilən səfər çərçivəsində uşaqlar bu dəfə özlərini “kiçik aşpazlar” kimi sınayıblar. Aşpaz köməkçisi qrupunun rəhbərliyi ilə onlar əvvəlcədən hazırlanmış proqram əsasında müxtəlif yeməklərin hazırlanmasında iştirak ediblər. Balacalar həm məhsullarla tanış olub, həm də sadə kulinariya bacarıqlarını əyani şəkildə öyrənmək imkanı qazanıblar.

 

Məqsəd uşaqlarda erkən yaşlardan əmək vərdişlərini formalaşdırmaq, onların yaradıcılıq və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub. Səfər zamanı uşaqların üzündəki sevinc, maraq və həyəcan bu cür fəaliyyətlərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərib.


Açar sözlər: ,  ,  ,