07.05.2026

Basketbol üzrə region birinciliyi təşkil edilib

Saatlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında basketbol üzrə region birinciliyi təşkil edilib.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Saatlı Olimpiya İdman Kompleksinin dəstəyi ilə keçirilən yarışda regionu təmsil edən məktəb komandaları iştirak ediblər.

 

Tədbirin açılış mərasimində çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov Ulu Öndər Heydər Əliyevin ölkədə idmanın inkişafı istiqamətində gördüyü mühüm işlərdən bəhs edərək, bu siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətin idmana göstərdiyi diqqət və qayğı gənclərin sağlam və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır.

 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalar iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

 

Yarışın yekun nəticələrinə əsasən:

Beyləqan şəhəri Elbrus Bayramov adına təbiət və humanitar fənlər təmayüllü liseyin komandası
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin komandası
İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin komandası

tutub.

 

Bununla yanaşı, Saatlı rayonu Osman Mirzəyev adına Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin komandasının yarışda fəal iştirakına görə xüsusi qeyd olunub.

 

Sonda qalib komandalar və fəallığı ilə seçilən iştirakçılar təşkilatçılar tərəfindən diplom və mükafatlarla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,