07.05.2026

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub.

 

Müsahibə mərhələsində müsabiqənin test imtahanı mərhələsində müvafiq nəticə göstərmiş namizədlər iştirak ediblər. Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə qabiliyyətləri, həmçinin məktəbəqədər təhsil sahəsi üzrə pedaqoji və metodiki hazırlıq səviyyəsi qiymətləndirilib.