08.05.2026

IX sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş keçirilib

İmişli şəhəri İmişli Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev və cari tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.

 

Görüş zamanı valideynlərə İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən və yalnız tam orta təhsil səviyyəsini (X-XI siniflər) əhatə edən məktəbdə tədrisin təşkili barədə ətraflı məlumat verilib.

 

Çıxış edən Cavid Məmmədli bildirib ki, bu modelin əsas məqsədi ümumi orta təhsil səviyyəsini başa vuran şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq, onların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, həmçinin sağlam sosial-psixoloji mühit formalaşdırmaqdır. O, qeyd edib ki, məktəbdə tədris prosesi şagirdlərin maraq və potensialına uyğun şəkildə, təmayül tədris planları əsasında təşkil olunur.

 

Vurğulanıb ki, tətbiq olunan tədris planı şagirdlərin seçdikləri istiqamətlər üzrə daha dərin biliklər əldə etməsinə və gələcək ixtisas seçimlərinə daha hazırlıqlı olmalarına xidmət edir. Eyni zamanda, tədris prosesinə rayonun təcrübəli və peşəkar müəllim heyətinin cəlb olunduğu diqqətə çatdırılıb.

 

Görüş interaktiv müzakirələrlə davam edib, valideynləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,