Macarıstanda keçirilən qol güləşi üzrə 35-ci Avropa çempionatında ölkəmizi təmsil edən gənc idmançı Rafiq Fətəliyev böyük uğura imza atıb.
Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxan kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi olan Rafiq Fətəliyev milli yığma komandanın tərkibində çempionatda iştirak edib. O, 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Gənc yaşında qazandığı bu nailiyyət həm məktəbi, həm də doğma rayonu üçün böyük qürur mənbəyidir. Rafiqin əzmkarlığı, zəhməti və idmana olan sevgisi onu Avropa çempionluğuna aparan əsas amillərdən olub.
Rafiq Fətəliyevi bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük qələbələr və yeni zirvələr arzulayırıq!