13.05.2026

Müsahibələrə start verilib

Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul üçün müsahibələrə start verilib.

 

2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin rus bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsahibə komissiyası fəaliyyətə başlayıb.

 

Qiymətləndirmə zamanı uşağın:

Dinlədiyini anlama bacarığı

Ünsiyyət qurması

Fikrini sadə formada ifadə etməsi nəzərə alınır.

 

Müsahibədən uğurla keçən uşaqların valideynləri şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimi edə bilərlər. Hər bir uşaq müsahibədə yalnız bir dəfə iştirak edə bilər.

 

Müsahibə prosesi videoçəkilişlə qeydə alınır və valideynlərin iştirakına şərait yaradılır.

 

Nəticələr günün sonunda valideynin qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə göndərilir.


Açar sözlər: ,  ,  ,