22.05.2026

Finalçılarla görüş keçirilib

İmişli rayonu üzrə Respublika fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının finalçıları ilə görüş keçirilib.

 

Görüşdə şagirdlərlə yanaşı, onların müəllimləri və valideynləri də iştirak ediblər. Səmimi və motivasiyaedici atmosferdə keçən görüş zamanı İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev şagirdlərin hazırlıq prosesi ilə yaxından maraqlanıb, onların hədəf və gözləntilərini dinləyib.

 

Çıxışı zamanı sektor müdiri əldə olunan uğurların təsadüfi olmadığını vurğulayaraq bildirib ki, bu nəticələr şagirdlərin əzmkarlığı, müəllimlərin peşəkar dəstəyi və valideynlərin diqqətinin birgə əməyinin nəticəsidir. O, final mərhələsində iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayıb, onların İmişlini yüksək səviyyədə təmsil edəcəklərinə inandığını qeyd edib.

 

Şagirdlər də öz fikirlərini bölüşərək final mərhələsinə ciddi şəkildə hazırlaşdıqlarını, bilik və bacarıqlarını ən yaxşı formada nümayiş etdirmək əzmində olduqlarını bildiriblər.


Açar sözlər: ,  ,  ,