25.05.2026

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Salyan şəhərində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

 

Gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması məqsədilə təşkil olunan yarışlarda müxtəlif rayonların məktəb komandaları öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

Yarışda Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası uğurlu çıxışı ilə fərqlənərək zona birinciliyində III yerə layiq görülüb.

 

Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilən yarışların əsas məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin formalaşdırılması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, eləcə də sağlam həyat tərzinin təbliğindən ibarət olub.

 

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Sonda qalib komandalar diplom və mükafatlarla təltif olunub, iştirakçılara gələcək mərhələlərdə uğurlar arzulanıb.


Açar sözlər: ,  ,  ,