Mil-Muğan Regional Təhsil İdarəsi üzrə monitorinq 35 mərkəzdə təşkil olunub. Monitorinq həm kağız, həm də elektron formatda həyata keçirilib. İştirakçıların 6479 nəfəri kağız əsaslı, 421 nəfəri isə elektron formatda imtahanda iştirak edib.
Monitorinq tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Şagirdlərimizə uğurlar arzulayırıq!