18 iyun tarixində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin ikinci günündə təsviri incəsənət, musiqi, fizika, kimya və biologiya fənlərini tədris edən təhsilverənlər iştirak edirlər.
Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmanın test imtahanı mərhələsi Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. İmtahan prosesinə ümumilikdə 140 müəllimin cəlb olunması nəzərdə tutulur.
Sertifikatlaşdırma müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda onların peşəkar inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmtahanın şəffaf və obyektiv şəkildə keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görülüb.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq.