Görüş Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, həmçinin cari tədris ilində IX siniflərdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Görüşün məqsədi valideynləri məktəbdə tətbiq olunacaq yeni təmayül tədris modelinin mahiyyəti, üstünlükləri və şagirdlərin gələcək təhsil imkanlarına təsiri barədə ətraflı məlumatlandırmaq olub.
Bildirilib ki, təmayül tədrisi şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə daha dərin bilik əldə etmələrinə, onların ali və peşə təhsili mərhələlərinə daha hazırlıqlı şəkildə keçid etmələrinə şərait yaradır. İştirakçılara məktəbdə formalaşdırılacaq təmayül sinifləri, tədris olunacaq fənlər, təhsil proqramının xüsusiyyətləri, şagird qəbulu mexanizmi və müəllim seçimi prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, tədris prosesinin təşkili zamanı şagirdlərin akademik maraqları və gələcək hədəfləri əsas götürüləcək, tədrisin keyfiyyətinin artırılması üçün zəruri tədbirlər həyata keçiriləcək.
Aşağıda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulunun linkləri verilib. Linklər vasitəsi ilə qeyd olunan məktəblərə qəbula yazılmaq olar.
Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/.../1FAIpQLScvP5CihaMDTE.../viewform
İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA
Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/.../1FAIpQLSfwyK3GVPc.../viewform...
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/.../1FAIpQLSftg05yX5x.../viewform...
Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb