05.08.2026

İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi çərçivəsində tərbiyəçi-müəllim seçimi üzrə imtahan keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə həyata keçirilən İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi çərçivəsində tərbiyəçi-müəllim vəzifəsinə namizədlərin seçimi məqsədilə imtahan mərhələsi təşkil olunub.

 

İmtahan psixoloji test mərhələsindən ibarət olub. Bu mərhələdə namizədlərin peşəyə uyğunluğu, analitik düşünmə və qərarvermə bacarıqları, emosional sabitliyi, ünsiyyət xüsusiyyətləri, eləcə də işə motivasiyası qiymətləndirilib.

 

Seçim prosesinin əsas məqsədi məktəbəqədər təhsil sahəsində peşəkar, məsuliyyətli və uşaqların inkişafına töhfə verə biləcək tərbiyəçi-müəllimlərin müəyyən edilməsidir. Qiymətləndirmə obyektivlik, şəffaflıq və bərabər imkanlar prinsipləri əsasında həyata keçirilib.

 

Mil-Muğan Regional Təhsil İdarəsi seçim prosesində iştirak edən bütün namizədlərə göstərdikləri marağa görə təşəkkür edir, onlara gələcək peşə fəaliyyətlərində və növbəti mərhələlərdə uğurlar arzulayır.


Açar sözlər: ,  ,