10.09.2026

Direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

 

Müsahibə mərhələsində müsabiqənin əvvəlki mərhələlərində müəyyən edilmiş tələblərə uyğun gələn namizədlərin idarəetmə, pedaqoji və kommunikasiya bacarıqları qiymətləndirilib.

 

Qiymətləndirmə zamanı namizədlərin idarəetmə səriştələri, situativ məsələlərə yanaşmaları, qərarvermə və problem həll etmə bacarıqları, eləcə də ünsiyyət və komanda ilə işləmək qabiliyyətləri diqqətdə saxlanılıb.

 

Müsahibə prosesində namizədlərin yalnız nəzəri bilikləri deyil, eyni zamanda məktəb idarəçiliyində qarşılaşa biləcəkləri real situasiyalara yanaşmaları, çevik və əsaslandırılmış qərarlar qəbul etmək bacarıqları da nəzərə alınıb.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, peşəkar və müasir idarəetmə bacarıqlarına malik kadrların seçilməsi, həmçinin məktəb rəhbərliyi heyətinin daha da gücləndirilməsidir.


Açar sözlər: ,  ,