11.05.2016

Heydər Əliyevin 93 cü ildönümünə həsr olunmuş “Yaddan çıxmaz Qarabağ” adlı ədəbi bədii kompazisiya tədbiri keçirilmişdir

Sabirabad rayon Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbində 11 may 2016 cı il tarixdə Heydər Əliyevin 93 cü ildönümünə həsr olunmuş “Yaddan çıxmaz Qarabağ” adlı ədəbi bədii kompazisiya tədbiri keçirilmişdir.

Tədbirdə Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Murad Əhədov, Yeni Azərbaycan Partiyasının Sabirabad Rayon təşkilatının aparat rəhbəri Daşqın Şıxalıyev, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İçtimai Birliyinin İcraçı direktoru Vüsal Əhmədov,  Kənd Bələdiyyə sədri Hacınəsihət,  Kənd İcra nümayəndəsi İsrafil Aslanov  iştirak və çıxış etmişdilər. 

Aparıcılar, X sinif şagirdləri Mirvari Atakişiyeva və Səbinə İslamova tədbiri giriş sözü ilə açmışdır. Heydər Əliyevin 93 cü ildönümünə həsr olunmuş “Yaddan çıxmaz Qarabağ” adlı ədəbi bədii kompazisiyada məktəbin şagirdləri müxtəlif şeirlər söyləmiş, vətənpərvərlik mahnıları oxuyaraq, səhnəciklər göstərmişlər. Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik ruhunda tərtib olunmuş rəsm sərgisi təşkil olunmuş, əl işləri və rəsmlər nümayiş olunmuşdur. Sonda məktəbin derektoru Seyidəli Hadıyev 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasından söhbət açmışdır.


Açar sözlər: ,