18.05.2016

“Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb cempionatı keçirilmişdir.

12 may 2016-cı il tarixdə Sabirabad rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbində “multikulturaliz ili”nə həsr olunmuş məktəblilərin intelektual oyunu keçirilmişdir. Tədbiri giriş sözü ilə Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev açmışdır. İntellektual oyunda VIII-X sinif şagirdlərini əhatə edən12 məktəb komandası təmsil olunurdu. Keçirilən məktəb cempionatının təşkilat komtəsinin sədri Rayon Təhsil Şöbəsinin metodkabinetinin direktoru Zabit Məlikov,üzvləri Rayon Təhsil Şöbəsinin metodisti Əmürhüseyn Əsgərov, Rayon Təhsil Şöbəsinin kadrlar üzrə aparıcı məsləhətçisi Murad Əhədov, metodistlər Reyhan İbrahimova, Azadə Əsgərova tədbirin maraqlı və rəngarəng keçirilməsinə böyük səy göstərmişlər. İntellektual oyunun nəticələrinə görə Nərimanov adına 2 saylı təbiət və texniki təmayüllü məktəb-liseyin komandası birinci, Güdəcühür kənd tam orta məktəbin komandası ikinci, Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin və Ulacalı kənd tam orta məktəbinin komandası isə üçüncü yerlə kifayətlənmişlər. Qaliblər Rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılmışlar.