“Məktəbə hazırlığın təşkili qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 
 
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Məktəbə hazırlığın təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
A.Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 8 yanvar 2010-cu il№ 4