21.05.2024

Şagirdlər məktəbdə "Yaşıl otaq" yaradıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Beyləqan rayon Dünyamalılar kənd Ə. Şirinov adına 1 nömrəli tam orta məktəbdə tədbirlər keçirilir.

 

Tədbirlərdə şagirdlərə tullantıların azaldılması yolları, təkrar emalı və məişət tullantılarının ləğv olunması haqqında məlumatlar verilir. Şagirdlər məktəb ərazisində kiçik bağçılıq işləri ilə məşğul olur və təbiətin bir parçası olmağı öyrənilər.

 

Məktəbin rəsm çəkmək bacarığı ilə seçilən şagirdləri məktəbdə "Yaşıl otaq" yaradıblar. Təbiət elmləri, biologiya və digər dərslərin "Yaşıl otaq"da inteqrasiya olunaraq keçirilməsi planlaşdırılıb.

 

Bu təşəbbüslər sayəsində məktəblilər yaşıl düşüncə tərzi ilə yetişəcək, gələcəkdə ətraf mühitin qorunmasına daha çox diqqət yetirəcək və yaşıl dünyanın davamlılığına töhfə verəcəklər.


Açar sözlər: ,  ,