“Zəkaların mübarizəsi” Olimpiadası Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Olimpiada iki mərhələdən - regional və respublika mərhələsindən ibarətdir. Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 4 komanda arasında seçim aparılaraq, final mərhələsində regionumuzu təmsil edəcək komanda müəyyən olunacaq.
Olimpiadanın məqsədi şagirdlərdə öyrənməyə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və regionlararası dostluq əlaqələrinin inkişaf etdirilməsidir.
Elm yarışı üzrə Beyləqan rayon komandasının üzvləri:
1.Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi şagirdi - Ağaliyev Çinar Vüqar oğlu
2. Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi şagirid - Bayramov İmaməli Əhməd oğlu
3. Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi şagirid - Quliyev Həmid Vüqar oğlu
4. Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi şagirid - Ağaliyev Tunar Vüqar oğlu
5. Sirac Mehdiyev adına Yuxarı Aran tam orta ümumtəhsil məktəbi şagirid - Mehdiyeva Aygün Xaliq qızı
6. Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi şagirid - İslamlı Əsra Elçin qızı