Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, Maliyyə-İqtisadiyyat sektorunun müdiri Rahim Hüseynov, eləcə də cari tədris ilində IX sinifdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, təmayül tədrisi şagirdlərin maraq, bacarıq və gələcək hədəflərinə uyğun istiqamətlər üzrə daha dərin biliklər əldə etməsinə imkan yaradır. Bu model şagirdlərin həm ali təhsil müəssisələrinə, həm də peşə təhsili mərhələsinə daha hazırlıqlı keçidinə şərait formalaşdırır.
Valideynlərə məktəbdə yaradılması nəzərdə tutulan təmayül sinifləri, həmin siniflərdə tədris olunacaq fənlər, təhsil proqramının əsas xüsusiyyətləri, şagird qəbulu mexanizmi və müəllim seçimi prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təmayül siniflərinin təşkili zamanı şagirdlərin akademik maraqları, fərdi potensialı və gələcək peşə seçimi ilə bağlı hədəfləri əsas götürüləcək.
Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, yeni modelin tətbiqi ilə bağlı fikir və təkliflər dinlənilib. İştirakçılar təmayül tədrisinin şagirdlərin daha məqsədyönlü, motivasiyalı və nəticəyönümlü təhsil almasına töhfə verəcəyini bildiriblər.
Aşağıda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulunun linkləri verilib. Linklər vasitəsi ilə qeyd olunan məktəblərə qəbula yazılmaq olar.
Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/.../1FAIpQLScvP5CihaMDTE.../viewform
İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA
Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/.../1FAIpQLSfwyK3GVPc.../viewform...
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/.../1FAIpQLSftg05yX5x.../viewform...
Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb