İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif şagirdlərinin valideynləri ilə maarifləndirici görüş təşkil olunub.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, eləcə də cari tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Görüş zamanı valideynlərə İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən və yalnız tam orta təhsil pilləsini (X–XI siniflər) əhatə edən məktəbdə tədrisin təşkili barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu modelin əsas məqsədi ümumi orta təhsil səviyyəsini başa vuran şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq, onların bilik və bacarıqlarının inkişafını dəstəkləmək, eyni zamanda sağlam sosial-psixoloji mühit formalaşdırmaqdır.
Bildirilib ki, məktəbdə tədris prosesi şagirdlərin maraq və potensialı nəzərə alınmaqla təmayül tədris planları əsasında təşkil edilir. Bu yanaşma onların seçdikləri istiqamətlər üzrə daha dərin biliklər qazanmasına, ali təhsil və gələcək peşə seçimlərinə daha hazırlıqlı olmalarına şərait yaradır.
Görüşdə həmçinin vurğulanıb ki, tədris prosesinə rayonun təcrübəli və peşəkar müəllimləri cəlb olunub. Valideynlərin sualları cavablandırılıb, yeni təhsil modelinin üstünlükləri və şagirdlərin akademik inkişafına verəcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Aşağıda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulunun linkləri verilib. Linklər vasitəsi ilə qeyd olunan məktəblərə qəbula yazılmaq olar.
Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/.../1FAIpQLScvP5CihaMDTE.../viewform
İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/uw6E57xmaqnXV5EPA
Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/.../1FAIpQLSfwyK3GVPc.../viewform...
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
https://docs.google.com/.../1FAIpQLSftg05yX5x.../viewform...
Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb