Mil-Muğan Regional Təhsil İdarəsi üzrə “Tam orta məktəb” layihəsi çərçivəsində bir sıra məktəblərdə fənn müəllimlərinin işə qəbulu üçün qeydiyyata start verilir.
Yeni təhsil modeli əsasında fəaliyyət göstərəcək bu məktəblər tam orta təhsil pilləsində şagirdlərə daha keyfiyyətli, məqsədyönlü və müasir yanaşmalara əsaslanan təhsil imkanları təqdim etməyi hədəfləyir. Layihənin əsas məqsədi şagirdlərin akademik biliklərini möhkəmləndirmək, onların gələcək təhsil və peşə seçimlərinə daha hazırlıqlı şəkildə yönəlməsinə şərait yaratmaqdır.
Müəllim qəbulu aşağıdakı tam orta ümumtəhsil məktəbləri üzrə həyata keçiriləcək:
Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi;
İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi;
Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi;
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi;
Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi.
Bu məktəblərdə tədris prosesi yüksək akademik göstəricilərə malik, yenilikçi yanaşmaları tətbiq edən və peşəkar pedaqoji bacarıqlara sahib müəllimlər tərəfindən təşkil olunacaq. Layihədə iştirak edəcək müəllimlər şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların ali təhsilə və gələcək həyata hazırlanmasında mühüm rol oynayacaqlar.
Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra tələblərə uyğun namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibə zamanı namizədlərin fənn bilikləri, pedaqoji yanaşması, kommunikasiya bacarıqları və yeni təhsil modelinə uyğun işləmək potensialı qiymətləndiriləcək.
Qeydiyyat müddəti 12 iyul 2026-cı il tarixinədək davam edəcək.
Peşəkar inkişafına yeni imkanlar açmaq, müasir təhsil mühitində fəaliyyət göstərmək və şagirdlərin uğurlu gələcəyinə töhfə vermək istəyən fənn müəllimlərini qeydiyyatdan keçməyə dəvət edirik.
Qeydiyyat üçün link: