07.09.2026

Dərsliklərin paylanılması davam edir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün 2026–2027-ci tədris ilində istifadə olunacaq dərsliklərin paylanılması davam edir.

 

Yeni tədris ili başlamazdan əvvəl şagirdlərin zəruri dərsliklərlə təmin olunması məqsədilə kitablar ümumi təhsil müəssisələrinə çatdırılır və müəyyən olunmuş qaydada şagirdlərə təqdim olunur.

 

Şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün təhsil aldıqları dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər. Dərsliklərin əvvəlcədən əldə olunması şagirdlərə yeni tədris ili başlamazdan əvvəl kitablarla tanış olmaq və tədris prosesinə hazırlıqlı başlamaq imkanı yaradır.

 

Şagird və valideynlərin diqqətinə çatdırılır ki, mövcud qaydalara əsasən, dərsliklərdən istifadə müddəti 4 ildir. Bu müddət ərzində dərsliklərdən istifadənin mümkünlüyü təmin edilir və yalnız istifadə müddətini başa vurmuş, habelə müəyyən olunmuş qaydada yenilənməsi zəruri hesab edilən dərsliklər yeniləri ilə əvəz olunur.

 

Qeyd edək ki, 2026–2027-ci tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I–XI sinif şagirdləri üçün ümumilikdə 330 563 nüsxə dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.

 

Dərsliklərin vaxtında məktəblərə çatdırılması və şagirdlərə təqdim olunması yeni tədris ilinin təşkilinə hazırlıq çərçivəsində həyata keçirilən əsas tədbirlərdən biridir.


Açar sözlər: ,  ,